Tanınmış aktrisa qəza törətdi, 1 polis öldü – fotolar

Tanınmış aktrisa qəza törətdi, 1 polis öldü – fotolar
9713 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış ingilis aktrisası Anna Riiz Taylandda yol qəzası törədib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa avtomobilini polis maşınına çırpıb. Anna qəza nəticəsində 44 yaşlı polisin ölümünə səbəb olub.
 
Yalnız ağaca çırpıldıqdan sonra maşınını saxlaya bilən aktrisa dərhal avtomobilindən çıxaraq polis nəqliyyat vasitəsinin yanına gedib. Yüngül xəsarət alan A.Riiz göz yaşlarını saxlaya bilməyib.

O, polis bölməsindəki ifadəsində “Çox pis olmuşam. Ölən şəxsin ailəsinə hər cür kömək etməyə hazıram” deyib.