"Aygün Kazımova kitabdır, vərəqlədikcə bitmir"

"Aygün Kazımova kitabdır, vərəqlədikcə bitmir"
3206 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov xalq artisti Aygün Kazımova ilə duet oxuyacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar” verilişinə açıqlamasında xəbər verib:

“Aygün xanımın qəlbi başqadır. Bu qadının paxıllığı yoxdur. Böyük ürəyi, jestləri, şousu var. Bəziləri ondan hələ çox şey öyrənməlidir. O, bir kitabdır. Vərəqlədikcə bitmir. Bir dəfə məclisdə Aygün xanım dedi ki, buradakıların hamısı ilə duet oxuyacağam. O sözü oğurladım. Mahnının sözləri və musiqisi mənə aid olacaq. Möhtəşəm duet gəlir. Aygün xanımın gözəlliyindən heç kim oxumayıb. Mən onun ürəyinin və xarici gözəlliyindən oxuyacağam".

Yeniliklərindən bəhs edən K.Abbasov solo konsertə hazırlaşdığını söyləyib:
 
“Yeni mahnı hazırlayıram. “Səndən adam olmayacaq” adlanır. Hamı deyəcək ki, “Bu adda mahnı Aygün Kazımovada olub”. Aygün xanımda estrada stilində idi. Məndə isə 8/6–lik formasındadır. Bir də konsertə hazırlaşıram. Bir gün olacaq, amma möhtəşəm keçəcək. Məni sevən də, sevməyən də bu konsertə qatılacaq”.