Əcnəbi məşhurların "Bakı 2015" təəssüratları - fotolar

Əcnəbi məşhurların "Bakı 2015" təəssüratları -  fotolar
3965 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı 2015”in bağlanış mərasimində səhnəyə çıxan yerli sənətçilərlə yanaşı əcnəbi qonaqlar da olub.

Axşam.az-ın məlumatına görə, gecədə tamaşaçılar məşhur müğənni Con Nyumen, dicey Qarez Emeri, aktyor, rəqqas Cason Nious və başqalarının çıxışlarını dinləyib.

Avropa Oyunları ərəfəsində paytaxtımızın qonağı olan əcnəbi məşhurlar təəssüratlarını sosial şəbəkədə yazıb.

Qarez Emeri:

“Hamıya məlumdur ki, uzun müddətdir ailəmlə vaxt keçirmək üçün albom hazırlamağı təxirə salmışam. Amma bəzən elə bir çılğın təklif alırsan ki, hər şeyi atıb təyyarədəcə rəqs etmək istəyirsən. Ona görə də indi Avropa Oyunlarının bağlanış mərasimində bu stadionda (Bakı Olimpiya Stadionu – red.) çıxış edirəm. Bu mənim üçün böyük şərəfdir".

Dicey daha sonra İçərişəhər gəzintisindən fotolar paylaşaraq “3 saat maraqlı vaxt keçirdim, gəzdim” sözlərini yazıb.





Con Nyumen:

“Karyeramdakı ən böyük an. Avropa Oyunlarının bağlanış gecəsində”.



Cason Nious:

“Bakı küçələrində rəqs. Bu möhtəşəm idi”.