"Bütün günü sarı xətti tapdalayırdım" - Rəhim Rəhimli

"Bütün günü sarı xətti tapdalayırdım" -  Rəhim Rəhimli
2385 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Rəhim Rəhimli yol hərəkət qaydalarını pozub.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Gün üzü” verilişində xəbər verib.

O, “Bakı 2015” Avropa Oyunları münasibətiylə yollara çəkilən sarı xətlərin mənasını bilmədiyini və hər gün onları tapdaladığını etiraf edib:

“Dünən dəniz kənarına gedirdim. Yolun bir tərəfi boşdur, heç kim maşın sürmür. Keçmişəm sağ tərəfə deyirəm ki, “Niyə dayanmısınız?”. Onda eşitdim ki, sən demə, sarı xətti tapdalamaq qadağanmış. Ayın sonunda nə qədər cərimə gələcək. Mən bu neçə gündür onun üstündən o yana keçirəm, bu yana keçirəm. And içirəm ki, bilməmişəm. Polislərdən xahiş edirəm, mənim evimə cərimə göndərməsinlər”.