Nüşabə Ələsgərli pullarını nəyə xərcləyir?

Nüşabə Ələsgərli pullarını nəyə xərcləyir?
1959 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərli özünü bədxərc adlandırıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Yeri gəlmişkən” verilişində pullarını nəyə xərclədiyindən bəhs edib:

“Əslində israfçıl insan deyiləm. Xüsusi məqamlar var ki, istirahətə, alış-verişə gedəndə ürəyim istəyənə pul xərcləməkdən çəkinmirəm. Bir dəfə xaricdə brend mağazaya girmişdim. Sadə bir koftadan çox xoşum gəldi. Qiyməti 900 avro idi. Onu almadım, puluma heyfim gəldi. Ətirə pul xərcləməkdən çəkinmirəm. Xoşum gələn ətiri neçəyə olsa, alacam. Əvvəl daş-qaşa, qızıla pul xərcləyirdim. İndi onu da etmirəm. Əsas ətirlənmək, gözəl geyinmək və gəzməkdir. Pulum buna gedir. Bir də yeməyə qarşı israfçı deyiləm. Sadəcə, hərdən yığımcıllıq edirəm”.