“Bakı-2015”in xərci və gəliri açıqlandı - rəsmi

“Bakı-2015”in xərci və gəliri açıqlandı - rəsmi
2875 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu".

Axşam.az-ın APA-ya istinadən yaydığı mәlumata görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, bu rәqәm bir neçә mәrhәlәdә formalaşır:
 
"Sonuncu mәrhәlә Bakıya gәlәn xüsusi texnikalar, liftlәr, kostyumlarla bağlıdır. Hazırda hesablamalar gedir, mənim təxminimə görə, rəqəm 100 milyondan da az olacaq".
 
Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub:
 
"Bu büdcə müxtəlif istiqamətlərdə işlənib. Bura açılış-bağlanış mәrasimi, informasiya texnologiyaları, maaşlar vә sair istiqamәtlәr daxildir. Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq. Manatın devalvasiyasına görә xaricdәn gәlәn mallar üçün әlavә 134 milyon manat lazım idi.  Biz o vəsaiti də dövlәtdәn әlavә mәblәğ  olaraq istәmәdik, bәzi xәrclәri qәnaәt edərək əvvəldən nəzərdə tutulan büdcədən istifadə etdik".
 
A. Rəhimov qeyd edib ki, Bakı Avropa Oyunlarının Әmәliyyat Komitәsinin Nizamnamәsindә gәlirlәrlə bağlı üç istiqamət var.
 
Onun sözlәrinә görә, bunlardan biri bilet satışı ilә bağlıdır:
 
"Digәrləri sponsordan gәlәn gәlir vә yayım hüquqlarını satmaqla bağlıdır. Bu 3 istiqamәt üzrә hesablamalardan sonra 15-17 milyon vәsait toplanıb".
 
Nazir oyunlarda 17 min könüllünün iştirak etdiyini deyib:

"Onlardan 5 mini açılış vә bağlanış mәrasimlәrindә, digәrlәri isə yarışlarda iştirak ediblәr".
 
A. Rəhimov deyib ki, könüllülər üçün prezident tәrәfindәn xüsusi mükafatlar tәqdim olunacaq:

"İstәrdik ki, onlar gәlәcәkdә də bizimlә işlәsinlәr".