Bakıda yeni universitet açılır

Bakıda yeni universitet açılır
5540 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 15-də Bakıda İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayacaq.

Axşam.az-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.

I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında qərar Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında qəbul edilib. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.