ANS-in bu verilişləri bitir - video

ANS-in bu verilişləri bitir - video
6686 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in Bədii-Publisistik Verilişlər Departamentinin ərsəyə gətirdiyi layihələr mövsümə yekun vurur. Yaradıcı heyətin sonuncu efiri sabahdır. Bununla da verilişlər final mövsümünə çıxır.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, aparıcı Elgiz Əkbər deyir ki, yeni mövsümdə “Günəbaxan” verilişində yeniliklər olacaq, ab-hava tamamilə dəyişəcək, veriliş daha maraqlı bir şəkildə insanların nəzərinə çatdırılacaq.

Ölkə üzrə reytinqlərin önündə gedən “Axtarıram səni Xoşqədəmlə” komandası da sabah və həftə sonu son verilişlərini təqdim edəcəklər. Yeni mövsümdə yeniliklərlə Xoşqədəm Hidayətqızı yenidən ANS-in efirində qarşınızda olacaq.

“Axtarıram səni Xoşqədəmlə” verilişində bəzi dəyişiklər olacaq. Bununla yanaşı “Sən tək deyilsən” çox fərqli bir şəkildə tamaşaçıların qarşısına çıxacaq. Yəqin ki, bir həftə ərzində istirahət edəcəyik. Qalan bütün yayı isə çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq, uğurlu alınacaq”, – deyə aparıcı Xoşqədəm Hidayətqızı bildirib.

Departamentin məhsulu olan həm intellektual, həm maarifləndirici, həm də əyləncəli verilişlər “Şəxsiyyət vəsiqəsi”, “Ağıl dəryası”, “Keçmişə salam”, “İstiqlal Şirməmməd Hüseynovla”, “Universual”, “Alın yazısı”, “Günəbaxan”, “Adam içində”, “Sən tək deyilsən”, “Axtarıram səni Xoşqədəmlə”, “Bazar səhəri”, “Şəbəkə”, “Məchulu tapın” və digər verilişlərin yeni mövsümdə hansının qalıb-qalmayacağı bəlli deyil.

ANS-in bədii-publisistik verilişlər departamentinin baş redaktoru Samirə Səfərəliyeva həmçinin söyləyib ki, yeni mövsümdə bir sıra dəyişikliklər olacaq, hansı aparıcının hansı verilişi təqdim edəcəyi məxfi saxlanılır.

Verilişlərdən maraqlı fraqmentlər, təkrarlarının yay boyu təqdim ediləcəyi gözlənilir. Tamaşaçılar bu barədə ANS-də anonslardan ətraflı məlumatlar alacaqlar.

İyul ayında əyləncəli verilişlərdən yalnız xalq şousu, “Xalqın artisti” efirini davam etdirəcək. Maraqlı gərgin mübarizə tamaşaçıları gözləyir. Yeni layihələrin müzakirələri avqust ayından gedəcək.

Yaradıcı heyət yeni mövsümdə tamaşaçıların qarşısına yeni-yeni maraqlı verilişlərlə çıxacaq.