Abramoviç qızları ilə at yarışında - fotolar

Abramoviç qızları ilə at yarışında - fotolar
2024 dəfə oxunub
  • A-
  • A
  • A+

Rus milyarder Roman Abramoviçin 20 yaşlı qızı Sofya Monakoda keçirilən at yarışlarına qatılıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 48 yaşlı Roman qızına dəstək olmaq üçün yarışları izləyib. Lakin Sofyanın anası, Abramoviçin keçmiş həyat yoldaşı İrina orada olmayıb.

Keçmiş qubernatorun üçüncü qızı Arina böyük bacısını izləyənlər arasında olub. Yarışdan sonra Sofya bacısı və atasının yanına gəlib.

Qeyd edək ki, "Çelsi" futbol klubunun rəhbəri Abramoviçin birinci həyat yoldaşından Anna, Sofya, Arina adlı 3 qızı, Arkadi və İlya adlı 2 oğlu var. İndiki həyat yoldaşı Darya Jukovadan isə bir qızı və bir oğlu var: Lou və Aaron.

Xatırladaq ki, Monakoda baş tutan yarışlarda şahzadə Karolina da iştirak edir. O, nəvəsinə qarşı sərt davranışına görə gündəmə gəlmişdi - BURADA