Günay Musayeva Türkiyə vətəndaşı oldu

Günay Musayeva Türkiyə vətəndaşı oldu
2877 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva qardaş ölkənin vətəndaşlığını qəbul edib.

Axşam.az “Sabah”a istinadən xəbər verir ki, 2011-ci ilin avqustunda aktyor Tolqa Karellə ailə quran model uzun müddətdir Türkiyə vətəndaşı olmağı gözləyirdi. Lakin bu ilin yanvarında T.Karellə başlayan boşanma məhkəməsi bu prosesi uzadırdı.

403 saylı Türk Vətəndaşlığı Qanununa görə, Türkiyə vətəndaşlığını qəbul etmək üçün ən azı 3 il ailəli olmalısan.

Bundan başqa, məcburiyyət olmadan bir yerdə yaşamaq, milli təhlükəsizlik və əxlaqi baxımından düzgün olmaq və kifayət qədər türkcə bilmək zəruri şərtlər sırasındadır.

Qeyd edək ki, Günay Musayeva ilə Tolqa Karelin Cihangir adlı bir oğlu var.