"Bədən quruluşuma çox diqqət edirəm" - Könül

"Bədən quruluşuma çox diqqət edirəm" -  Könül
3140 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Könül Nağıyeva estetik əməliyyatlara müsbət baxır.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda “Onlar” verilişinə açıqlamasında bəhs edib.

O, bu günə kimi heç bir estetik müdaxilə etdirmədiyini vurğulayıb:

“Plastik əməliyyatlara müsbət baxıram. Əgər ehtiyac varsa, niyə də etdirməyəsən ki? Bir insan görünüşündə nədənsə narazıdırsa, onu düzəltdirməyi normaldır. Bu günə kimi plastik əməliyyat etdirməmişəm. Çünki mən aktrisayam, üz cizgilərim önəmlidir. Botoks, estetik əməliyyat üzdəki təbii ifadələri yox edir. Aktrisa bu vasitələrdən nə qədər gec istifadə etsə, o qədər yaxşıdır. Bir də ən önəmlisi peşəkar bir cərraha müraciət etməkdir”.

Formada qalmaq üçün idman edən K.Nağıyeva geyim tərzindən də söz açıb:

“Son bir-iki ildə bədən quruluşuma daha çox diqqət edirəm. 30 yaşdan sonra çəki artır. Pəhriz saxlayıram, idman edirəm. Hər şeyin qədəri olmalıdır. Düzdür, bütün günü acından ölmürəm, ciddi idmanla məşğul olmuram. Bacardığım qədər diqqət etməyə çalışıram. 22 yaşım olanda bütün günü hündürdaban ayaqqabıda gəzirdim. İndi isə yaşla bağlıdır, tez yoruluram. Ona görə də daha çox idman stilinə üstünlük verirəm”.