Roza idmançıları başına yığıb iftar qonaqlığı verdi - fotolar

Roza idmançıları başına yığıb iftar qonaqlığı verdi -  fotolar
5119 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli “Bakı 2015” Birinci Avropa Oyunlarına həsr etdiyi klipinə təqdimat mərasimi keçirib.

Axşam.az-ın məlumatına görə, “Var ol, çempion” adlanan mahnının sözləri Zabir Əliyevin, musiqisi isə Sahil Əliyevindir.

Ekran işinin rejissoru R.Zərgərli özüdür. Yeni işindən danışan müğənni xoşbəxt olduğunu gizlətməyib:

“Bugünkü məclisim bütün tədbirlərimdən fərqlidir. Bir sənət adamı kimi vətənim qarşısında borcumu yerinə yetirdim. Bu işdə idmançılar da mənə dəstək oldular. Çox xoşbəxtəm. Bu gün eyni zamanda iftar süfrəsi də açdım. Çünki ekran işimdə rol alan bütün idmançılarımız oruc tutmuşdu”.

Klipdə Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyev, Ayxan Mamayev, Ayxan Tağızadə və bürünc medal mükafatçısı Niyazi Əliyev rol alıb. "Var ol, çempion"da, həmçinin, Avropa çempionu Arif Məmmədov, Rəsul Əlizadə çəkiliblər.

R.Zərgərlinin iftar yeməyinə gələnlər arasında sənət aləminin tanınmış simaları, aparıcılar da yer alıb.

Foto: Ramin ASLANOV