Mahsun Kırmızıgül 1 milyonluq təklifi rədd etdi

Mahsun Kırmızıgül 1 milyonluq təklifi rədd etdi
2351 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor-aktyor Mahsun Kırmızıgül 1 milyon lirəlik (təxminən 387 min manat) təklifdən imtina edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vanlı iş adamı fanatı olduğu sənətçiyə Almaniyadakı toyunda mahnı oxumaq üçün 1 milyon lirəlik təklif irəli sürüb.

Lakin Mahsun 1 saat qarşılığında verilən həmin məbləği rədd edib. Müğənniliyə bir daha qayıtmayacağını bildirən M.Kırmızıgül “Artıq sadəcə rejissorluq edirəm və bundan sonra belə tanınmaq istəyirəm” deyib.