“Ben bilməm, eşim bilir"ə görə nişanlımın ailəsiylə problem yaşadım”

“Ben bilməm, eşim bilir"ə görə nişanlımın ailəsiylə problem yaşadım”
14700 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ben bilmem, eşim bilir”ə qatılanda nişanlımla aramızda problem yarandı. Onların ailəsi də yarışmaya getməyimizə narazı idi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor-aparıcı İslam Mehrəliyev "Onlar” verilişinə açıqlamasında deyib:

“Yarışmanın aparıcısı İlkər Ayrık rol aldığı filmin Bakıda keçirilən qala gecəsinə qatılmışdı. O ərəfədə “Ben bilməm, eşim bilir”ə qatılmq ideyası yarandı. Nişanlıma dedim, amma etiraz etdi.  Dedi, “Valideynlərim icazə verməz”. Həmin ərəfədə Nəzrinin ailəsi ilə böyük problem yaşadıq. Daha sonra efir vaxtı tapşırıqları edə bilmədim. Onda da aramızda mübahisə oldu”.

Qeyd edək ki, “Ben bilməm, eşim bilir”in mayda baş tutan bölümlərindən birinin iştirakçıları azərbaycanlı aparıcılar olmuşdu. Proqramda uduşa qoyulan avtomobili AzTV-nin aparıcısı Vüsalə Səidi qazanmışdı.