"Hər adam mənim müdirim ola bilməz" - Əmrah əsəbləşdi

"Hər adam mənim müdirim ola bilməz" - Əmrah əsəbləşdi
1836 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aktyor Əmrah prodüser Faruk Turqutun onun haqqında səsləndirdiyi fikirlərinə münasibət bildirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Farukun Əmrahın rol alacağı “Unutamadım” serialının çəkilişinin dayandırılması və bunda müğənnini ittiham etməsilə bağlı açıqlamaları qarşı tərəfi əsəbləşdirib.

Belə ki, prodüserin sözlərinə görə, Əmrahın kaprizləri və yüksək qonorar tələb etməsi səbəbindən layihə baş tutmamışdı. Bu iddialar qarşısında səssiz qala bilməyən ifaçı mediaya açıqlamasında deyib:

“Faruk Turqutu çoxdan tanıyan biri kimi onun dediklərini heyrət içində oxudum. Onun dəblə ayaqlaşmadığını layihənin hələ əvvəlindən hiss etdim. İllər ondakı səmimiyyəti məhv edib. Tanımaqda çətinlik çəkdiyim bir insana çevrilib. Dediklərini ona yaraşdırmadım. Bunu çoxdan bilməli idi: hər adam Əmrahın müdiri ola bilməz. Hələ ki, bu indiki Farqut Turqutdursa, heç cür mümkün deyil”.

Əmrahın meneceri Engin Esen də açıqlamasında serialın müqaviləsinin ifaçı ilə Faruk arasında yox, kanalla imzalandığını bildirib:

“Farukun layihəni dayandırmaq kimi heç bir səlahiyyəti ola bilməz. Çünki müqavilə kanalla imzalanıb. Maddiyyata gəlincə, Əmrah üçün pul önəmli olsaydı, illərlə ona edilən təklifləri dəyərləndirərdi. Onun üçün önəmli olan layihə və prestijdir. Bundan sonra da belə olacaq”.