Sevda tamaşaçıları təəccübləndirəcək

Sevda tamaşaçıları təəccübləndirəcək
4857 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayevadan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında solo konsertindən xəbər verib:

“Yeniliklərim çoxdur. Musiqisi Vüqar Camalzadəyə, sözləri Mehriban adlı xanıma aid olan rus dilində mahnı oxuyacam. Həmin lirik bəstəyə klip də çəkdirəcəm. İlin sonuna qədər dayanmayacam, üzərimdə çalışacam. Yeni mahnılar təqdim edəcəm. Solo konsertə hazırlaşıram. Musiqiçilərlə məşqlərə başlamışıq. Maraqlı konsert olacaq. Burada öz mahnılarımla yanaşı, əcnəbi bəstələrdə səsləndirəcəm. Tamaşaçılar məndən heç vaxt eşitmədikləri ifalar görəcəklər. Bu günə kimi çox konsert vermişəm. Hər dəfə də təcrübə toplayıram”.