"Space"in efirində biabırçılıq - video

"Space"in efirində biabırçılıq -  video
23467 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Günaydın” verilişində müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu arasında xoşagəlməz hallar yaşanıb.

Axşam.az-ın məlumatına görə, yazar ifaçının geyimini bəyənmədiyini bildirib:

“Toya gedəndə nə istəyirsən geyin. Efirə abırlı geyinmək lazımdır. Sən mənim xalqımın qarşısına belə çıxma. Böyük danışma. Mən olan yerə sən gəlmə. Mən səni görmək istəmirəm”.

M.Əsədova “Sizə mənim geyimimə, davranışıma, dünya boyda sənətimə toxunmağa icazə vermirəm. Səni birinci dəfədir görürəm. Sən kimsən?” deyə, cavab verib.

Əsəbiləşən Ə.Musaoğlu ifaçını təhqir edib:

“Mən aliməm. Sən isə fahişəsən”.

M.Əsədova yazarın üstünə hücum edərək, onun studiyadan çıxarılmasını istəyib. Ə.Musaoğlu ifaçıdan üzr istəyib.