Məşhur qrupun yaradıcısı öldü

Məşhur qrupun yaradıcısı öldü
974 dəfə oxunub
  • A-
  • A
  • A+
1970-ci illərin əfsanəvi rok qrupu olan “Yes”in bas gitaristi və yaradıcılarından olan Kris Skvayr 67 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Skvayrın ölüm xəbəri “Yes”in “Facebook” səhifəsində paylaşılıb.

Musiqiçinin həmkarları onun ölümündən şoka düşdüklərini və belə bir xəbəri gözləmədiklərini bildiriblər.