"Mətanətə haqq qazandırıram, çünki..." - aparıcı

"Mətanətə haqq qazandırıram, çünki..." - aparıcı
9939 dəfə oxunub
  • A-
  • A
  • A+

“Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu arasında baş verən qalmaqala münasibət bildirib.

O, Axşam.az-ın əməkdaşı ilə söhbətində bunları deyib:

“Əslində Əziz studiyada Mətanətdən üzr istədi. O, isə üzrü qəbul etmədi və qarşı tərəfi məhkəməyə verəcəyini dedi. Hələ ki, məhkəməyə şikayət ərizəsi yazmayıb. Mətanət xanıma haqq qazandırıram, çünki geyimi pis deyildi. O, sənətçidir, səhnə adamıdır. Necə istəsə, geyinə bilər. Həm də xanımdır. Gərək ona qarşı o cür ifadə olmazdı. Buna görə də Mətanət Əsədova bu qalmaqalda haqlı tərəfdir".

Qeyd edək ki, “Günaydın” verilişinin bugünkü buraxılışında M.Əsədova ilə Ə.Musaoğlu arasında qalmaqal yaşanıb.