Azərbaycan və Türkiyə bəstəkarlarından ortaq layihə

Azərbaycan və Türkiyə bəstəkarlarından ortaq layihə
804 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin ortaq layihəsi musiqi ictimaiyyətinə təqdim ediləcək.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqından Azərtac-a bildiriblər ki, layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək.

Baş tutacaq möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək. Daha sonra təqdimatı hər iki ölkədə keçiriləcək layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığı bildirilib.

Qeyd olunub ki, bu sahədə həyata keçəcək qarşılıqlı silsilə tədbirlər, hər iki ölkənin musiqi sahəsindəki əməkdaşlığına təkan verəcək.