"Bakı 2015"in idman arenaları necə istifadə olunacaq? - video

"Bakı 2015"in idman arenaları necə istifadə olunacaq? - video
2058 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunlarının keçirildiyi bütün idman arenaları bundan sonra insanların istifadəsinə veriləcək. Paytaxt sakinlərini daha çox maraqlandıran isə Bayıl qəsəbəsində yerləşən Su idman sarayıdır.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, bu idman arenasına olan maraq isə məkanda üzgüçülük üçün yaradılmış ən müasir şəraitdən irəli gəlir. Bundan sonra "Su sarayı"nın imkanlarından, hovuzlarından istənilən şəxs müəyyən məbləğ ödəməklə istifadə edə biləcək.

Ödənişli əsaslarla isə nəinki "Su arenası"nda, oyunların keçirildiyi bütün idman məkanlarından istifadə etmək mümkün olacaq. Heydər Əliyev adına idman arenası, Əl oyunları sarayı, Gimnastika, Atıcılıq arenası da müxtəlif idman növlərinin məşqləri üçün uyğunlaşdırılacaq.

İdman məkanlarından istifadəyə görə ödəniş isə orta statistik gəlirləri olan vətəndaşın cibinə uyğun təyin ediləcək.

“İdman arenalarına müdiriyyət təyin olunduqdan sonra arenaların strategiyası, yəni fəaliyyət istiqaməti müəyyənləşdiriləck. Eyni zamanda maliyyə məsəllərinə baxılacaq. Bu qurğular sadə bir qurğular deyil, onların saxlanılması maliyyə baxımında bir qədər çətinlik törədəcək. Buna görə də bu qurğulardan istifadə edəcək vətəndaşın cibinə uyğun belə bir tarif hazırlanacaq. Hazırda bununla bağlı bir rəqəm deyə bilmərəm. Çünki bunun üçün komplekslərin saxlanılmasının ümumi xərcləri müəyyənləşməlidir”, – deyə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib.

İstifadə istiqaməti hələ ki təyin olunmayan yeganə məkan Milli Olimpiya Stadionudur