Məşhur müğənni ölümcül xəstəliyə tutuldu - video

Məşhur müğənni ölümcül xəstəliyə tutuldu - video
7444 dəfə oxunub
  • A-
  • A
  • A+

2000-ci illərdə məşhur olan pop müğənni Avril Lavin ölümcül "Lyme" xəstəliyinə yoluxub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı bunu gizlətmək istəsə də, xəbər sosial şəbəkələrdə yayılıb.

Bir müddət əvvəl Tvitterdə "Pray for Avril" ("Avril üçün dua edin") haştaqıyla kampaniya da başladılıb. Lavin qatıldığı proqramlardan birində bu haqda danışıb:

"Nəfəs ala, danışa, hərəkət edə bilmirdim. Öləcəyimi fikirləşirdim. Ancaq bir neçə həkimə müayinə olunduqdan sonra diaqnoz qoyuldu. İnsanlar niyə bu qədər depressiv olduğumu soruşur".

O, müalicəsinin hələ də davam etdiyini bildirib. Müğənni yenidən səhnəyə dönə biləcəyinə ümid edir:

"Bu mənim üçün həyatda ikinci şansdır".

Qeyd edək ki, "Lyme" xəstəliyinin 800-ə yaxın simptomu olduğu üçün diaqnoz qoyulması çətindir. Xəstəliyin 350-dən çox xəstəliklə səhv salınması nəticəsində müalicə üsulu səhv seçilə bilər. Belə ki, "Lyme" xroniki yorğunluq, epilepsiya, Alzeymet, Parkinson, diqqət çatışmazlığı, infarkt və sair simptomları özündə birləşdirir. Bu günə qədər, ABŞ-ın keçmiş prezidenti Corc Buş, aktyorlar Alek Balduin, Riçard Gir kimi məşhurlar bu xəstəlikdən əziyyət çəkiblər.