Ramazan ayının 14-cü günü: imsak və iftar vaxtı

Ramazan ayının 14-cü günü: imsak və iftar vaxtı
3570 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Ramazan ayının 14-cü günüdür.

Axşam.az-ın məlumatına görə, QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:43-də bitir. İftar isə saat 21:31-dədir.

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".

Ramazan ayının 14-cü gününün duası:

"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"

("Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin").

P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.