Şəkidə şirniyyat festivalı

Şəkidə şirniyyat festivalı
1658 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə iyulun 20-də Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, bu haqda AMKA-nın prezidenti Tahir Əmiraslanov xəbər verib. 

Festivalda Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları milli şirniyyatlarını təqdim edəcəklər. (AzərTac)