Qumar oynadığına görə ərindən ayrılır

Qumar oynadığına görə ərindən ayrılır
1746 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur cütlüyü Ben Affleklə Cennifer Qarner boşanırlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük artıq bu qərarı rəsmi şəkildə açıqlayıb:

“Uzunmüddətli müzakirədən sonra qərara aldıq k, ayrılaq. Biz bundan sonra dost qalacaq və uşaqlarımızı birlikdə böyüdəcəyik. Bu çətin anda hər birinizdən bizə qarşı həssas olmağınızı xahiş edirik. Bu, bizim ilk və sonuncu açıqlamamızdır. Qalan şeylər şəxsi məsələmizdir”.

Qeyd edək ki, Benlə Cennifer 2001-ci ildə “Pörl Harbor” filminin çəkilişi zamanı tanış olublar. 2005-ci ildə ailə quran cütlüyün Vaylet, Serafina və Semyuel adlı 3 uşağı var. C.Qarnerin B.Affleklə onun qumar oyunlarına olan marağı üzündən tez-tez mübahisəsi düşürdü. Məşhurların boşanmasının əsas səbəbinin də bu olacağı ehtimal edilir.