"Sənət adamlarının buna haqqı yoxdur" - Mətanət İsgəndərli

"Sənət adamlarının buna haqqı yoxdur" -  Mətanət İsgəndərli
2719 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərli yay istirahətindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinə qonaq olan müğənni Xızıda dincəldiyini bildirib:

“Yaya gözəl başlamışam. Dağlarda dincəldim. Dədə-baba yurduma, Xızıya getmişdim. Əhvalım çox yaxşıdır. Biz sənət adamlarının xəstələnməyə haqqı yoxdur. Həmişə tamaşaçı qarşısına çıxmalıyıq. Hətta bu yaxınlarda ayağım çıxdı, ağrıkəsiçi iynə vurdurub efirə gəldim”.

M.İsgəndərli hər zaman qalmaqaldan uzaq olduğunu söyləyib:

“Ünvanıma kimsə nəsə deyəndə susuram. Kiməsə cavab vermək mənə yaraşmaz. Hər insana baş qoşmaq olmaz. Susaraq ötüşdürmək lazımdır. Əgər mən də kiməsə cavab versəm, onun səviyyəsinə düşmüş olaram”.