"Yazırlar ki, Nisə ilə Nadir "şit"dir" - “Azərbaycanın səsi”ndə baş verənlər

"Yazırlar ki, Nisə ilə Nadir "şit"dir" - “Azərbaycanın səsi”ndə baş verənlər
1689 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, bir-birindən istedadlı gənclərin yarışdığı verilişdə maraqlı anlar yaşanıb.

Yarışmanın münsiflərindən olan müğənni Elton Hüseynəliyev və Nadir Qafarzadə proqrama qatılmayıb. Buna səbəb ifaçıların xaricə istirahətə getməsi olub.

“Azərbaycanın səsi”ndə münsif olan xalq artisti Nisə Qasımova sosial şəbəkədən və N.Qafarzadədən şikayətlənib:

“Hər kəsin etik qaydalara riayət etmələrini gözləyirəm. Sosial şəbəkəni izləyirəm. Nadir efirdə şıltaqlıq edir. Onun badına mən də gedirəm. Sosial şəbəkədə yazırlar ki, Nisə ilə Nadir "şit"dir. Mən heç vaxt belə olmamışam. Hər zaman özünü "şit" aparanlardan da zəhləm gedib”.

Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi "Azərbaycanın səsi” yarışmasının münsifləri arasında əməkdar artist Elza Seyidcahan da yer alır.

Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.