Bakıda külək nə vaxt mülayimləşəcək?

Bakıda külək nə vaxt mülayimləşəcək?
2969 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.

Axşam.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.