ANS-in keçmiş aparıcısı Türkiyədə nişanlandı - fotolar

ANS-in keçmiş aparıcısı Türkiyədə nişanlandı - fotolar
17174 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova ailə qurmağa hazırlaşır.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, hazırda Türkiyədə yaşayan keçmiş teleaparıcı Özgür adlı iş adamı ilə nikah masasına oturacaq:

"Dünən nişanımız oldu. Türkiyə vətəndaşıdır və yaşıdıq".

G.Məmmədova gələcək həyat yoldaşı ilə tanışlıqları barədə də danışıb:

"Əslində dost idik. Dörd ay öncə mənə evlilik təklifi etdi. Bir az düşünüb qərar verdim. Sonra Bakıya elçi gəldilər və ailələrimiz də bir-birini çox bəyəndi. Dünən də burada dəniz kənarında açıq havada gözəl nişan mərasimi oldu. Bu ilin payızında da toyumuz olacaq. Bakıda da milli adət-ənənəmizlə xına gecəsi edəcəyəm. Hər zaman arzu etmişəm ki, gözəl ailəm və Allah qismət etsə, bir övladım olsun".

Qeyd edək ki, Gülnarə Məmmədova ANS-də "Kamerton", "Xonça" kimi verilişlərin aparıcısı olub.