İlham Zəkiyevə "Paralimpiya" medalı verildi

İlham Zəkiyevə "Paralimpiya" medalı verildi
1063 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin Bakı-2015 Avropa Oyunlarının yekunlarına həsr olunmuş iclası keçirilib.

Axşam.az-ın Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə (ARMPK) istinadən məlumatına görə, iclasda ARMPK-nin prezidenti İlqar Rəhimov qeyd edib ki, Bakı-2015 Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək ugurla başa catması ölkəmızın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdib. O, Oyunlar zamanı Prezident İlham Əliyevin və Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın paralimpiyaçı idmançılara xüsusi diqqət yetirdiklərini bidirərək, onlara Paralimpiya ailəsi adından təşəkkür edib.

Daha sonra I Bakı-2015 Avropa Oyunlarının çempionu İlham Zəkiyev, ikinci yerin qalibi Səbinə Abdullayeva, bürünc medal qazanmış Zakir Mislimov və onların məşqçiləri çıxış edərək öz təəssüratlarını bölüşməklə yanaşı, belə bir möhtəşəm tədbirin Bakıda keçirildiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

İclasın sonunda Azərbaycan Respublikası Paralimpiya Hərəkatının inkişafında göstətdiyi xidmətlərinə görə idmançı Zəkiyev İlham Əzizağa oğlu Milli Paralimpiya Komitəsinin "Paralimpiya" medalı ilə, Bakı-2015 I Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə idmançı Abdullayeva Səbinə Xanlar qızı, idmançı Mislimov Zakir Qafur oğlu, baş məşqçi İbrahimov İbrahim Eldar oğlu, şəxsi məşqçilər Rəcəbli Elxan Əhməddin oğlu, Əliyev Yangibar Eldar oğlu və Baratov Pərviz Qədəş oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.