Vüsalədən Mətanətə: "Aranı qızışdırmışam, əcəb etmişəm"

Vüsalədən Mətanətə:  "Aranı qızışdırmışam, əcəb etmişəm"
15378 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə aralarında baş verən qalmaqalda aparıcını günahlandırıb.

Axşam.az-ın məlumatına görə, ifaçı açıqlamasında proqramın aparıcısı Vüsalə Kərimovanı da məhkəməyə verəcəyini deyib.

M.Əsədovanın “Aparıcılıqdan xəbəri olmayan aparıcı aranı qızışdırdı" sözlərinə V.Kərimova cavab verib.

Aparıcı əməkdaşımızla söhbətində M.Əsədovanın verilişi, aparıcını və yazarı məhkəməyə verməsi ilə bağlı bunları deyib:

“Yazılanların heç birini oxumuram. Əgər məni məhkəməyə verirsə, demək, o sənətkarın qanunlardan xəbəri yoxdur. Çünki mən onu nə əvvəl, nə sonra, nə də efirdə təhqir etmişəm. Ünvanına söyüş işlətməmişəm. Məhkəməyə versə, əla olar. Kefimə kef qatar. Mətanət düşünür ki, yazarı mən qızışdırmışam? Əcəb etmişəm. Müdrik olub, qızışmayaydı. Özlərini idarə edə bilmirlər, sonra da telekanallarda, aparıcılarda, saytlarda günah axtarırlar. Əgər doğrudan da, aranı mən qatmışamsa, demək, peşəkaram. Mənim peşəkarlığımı kölgə altına salmaqdansa, bir az özü arif olardı. Onun kimi düşünənlər öz kölgəsindən kənara çıxmayanlardır. Mənim aparıcılıqdan başımın çıxdığını peşəkar telekanal işçiləri gözəl bilirlər. O kimdir ki, mənim aparıcılığıma qiymət verir?”.

Qeyd edək ki, yazar Əziz Musaoğlu “Günaydın” verilişində müğənni Mətanət Əsədovanın geyiminə iradını bildirib və ona abırlı geyinməyi təklif edib. Daha sonra isə sənətçi xanıma “Mən aliməm, sən də fahişəsən” – deyib.

M.Əsədova isə açıqlamasında bunları bildirmişdi:

"Verilişlə bağlı söhbət qaldıracağam. Proqrama o adamı kim və nəyə görə çağırıb? Kim öyrədibsə, onu və Əziz Musaoğlunu məhkəməyə verəcəyəm. Verilişə 10 milyon adam, hətta ölkəmizin hüdudlarından kənarda insanlar baxdı. Sən mənim bu böyüklükdə sənətimi, şəxsiyyətimi efirə çağırıb niyə alçaldırsan? Efirlərə aparıcı kimi çıxanların əksəriyyəti aparıcılıqdan xəbəri olmayanlardır. Əgər sən verilişinin reytinqini qaldırmaq istəyirsənsə, Mətanət Əsədova kimi nəhəng sənətçini oxut. Qoy, səsi xalqın könlünü oxşasın. Bu da sənə reytinq olsun. Yoxsa, müğənnini çağırır, yersiz suallar verir: sənin həyatında kim var? Hansı “duxi”ni neçəyə aldın? Sənə nə bağışladılar? Ay qız, sənə nə var ki, necə yaşayıram?”.