"Axır vaxtlar Elarizlə yola getmirəm"

"Axır vaxtlar Elarizlə yola getmirəm"
1694 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadə “Səs verməyin!” verilişində həmkarı Elariz Məmmədoğluya bağlı maraqlı açıqlama edib.

Axşam.az-ın məlumatına görə, ifaçı aparıcı Dilarə Əliyevanın “Son günlər şou-biznesdə kiminlə yola getmirsən” sualına belə cavab verib:

“Axır vaxtlar Elarizlə yola getmirəm. Mən illərdir İbrahim Tatlısəsin mahnların ifa edirəm. Elariz də başlayıb İbrahimin mahnılarını oxumağa. İbrahim Elarizin ifasın eşidib partlayır (gülür). Bu yaxınlarda “Akdeniz axşamları"nı ifa edib. Elarizin özünə də dedim bu haqda dedim. Bir də ki, mən İbrahimin mahnılarını oxuyanda, o, ildən-ilə çiçəklənirdi. Elariz oxuyan kimi Tatlısəs insult keçirdi. Elarizin ayağı İbrahimə düşmədi”.