Bu rəsmləri ağzı ilə çəkdi – fotolar

Bu rəsmləri ağzı ilə çəkdi – fotolar
1339 dəfə oxunub
  • A-
  • A
  • A+
Ağzında karandaş tutmaqla rəsm çəkən Henri Freyzer adlı gənc sosial şəbəkənin fenomeninə çevrilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2009-cu ildə keçirdiyi avtomobil qəzasında onurğa sütunu zədələnən gəncin bədəninin boynundan aşağı hissəsi iflic olub. Heç bir iş görə bilməyən Henri yavaş-yavaş ağzı ilə rəsmlər çəkməyə başlayıb.

Bunu özündə vərdişə çevirən H.Freyzer artıq bu işin peşəkarına çevrilib. Əsasən idmançıların portretlərini yaradan Henri çox xoşbəxt olduğunu və həyatında yeni mərhələnin başladığını deyib.