O, nə istəyir? - Münasibəti qorumağın sirri

O, nə istəyir? -  Münasibəti qorumağın sirri
3063 dəfə oxunub
  • A-
  • A
  • A+

«Axı sən məndən nə istəyirsən?» - bu sualı hər bir qadın həftədə ən az bir dəfə sevdiyi insana verir. Sən onun qayğısına qalırsan, özünə fikir verirsən, mehribansan, ağıllısan… Amma bunlar kifayət etmir. O, yenə də özünə sərf etdiyi kimi davranır.

İdeal münasibət əlbəttə ki, var. Kişilərin fərziyyəsi belədir. Münasibəti ideallaşdırmaq qəlbdən və qadınlardan asılıdır. Demək, yenə də bütün məsələlər zərif cinsin nümayəndələrinin üstünə düşür. Münasibəti ideallaşdırmaq və baş verən problemlərin səbəbini öyrənmək üçün qarşı tərəfin nə istədiyini anlamaq lazımdır. Bu, ümumi fikirdir. Amma dərinə getsək, burada bəzi nüansları nəzərdən keçirmək kifayət edər.

Axşam.az xarici mətbuata istinadən münasibəti pozan problemlərin siyahısını təqdim edir:

Əgər sən sevgilini əldə saxlamaq istəyirsənsə, çalış, onun sənin üçün nadir olduğunu izah et. Amma bu, o demək deyil ki, hər onu görəndə ayağının altında qurban kəsməlisən. Onu qiymətləndirmək və xoşbəxtlik bəxş etmək kifayət edər. Bəs bunu necə etməli?

O, istəyir: "… Hörmət və inam"

Yəni: Sən onun sevdiyi, inandığı və qürur duyduğu qadınsan. Amma buna baxmayaraq, aranızda söz-söhbətlər, narazıçılıqlar olur. O, hər gün şikayət edir. Hər cümləsindən sonra «inandın?» deyə, soruşur. Bu, onu özündən çıxarır. Hələ bu bir yana, belə inamsızlıq münasibətlərinizdə soyuqluq yaradacaq. Bunun tək səbəbkarı xanımlardır. Çünki o, səndən yalnız hər hərəkətində ona dəstək olmağını istəyir.
 
Məsləhət: Bütün bunlarsız o, özünü qanadsız quş, matorsuz avtomobil kimi hesab edir. Ağıllı bir qadın demişdi: «Kişi fəxr etdiyi qadınla yox, onunla fəxr edən qadınla evlənir». Əgər onunla fəxr etdiyini sübut etməsən, o, evlənmək üçün səni seçdiyinə peşman olacaq. Necə aydınlaşdırmalı? Sevdiyin insana inandığını, onun bacarığından şübhə etmədiyini sübut et. Bu fikri tez-tez təkrarla: «Sən bacaracaqsan, sən yaxşısan!». Hər hərəkətində «Mən demişdim!», «Belə də bilirdim!», «Sən heç nə başa düşmürsən!», «Sən həmişə beləsən!» sözlərini deyib, onu ruhdan salma. Onun qərarlarına və ona hörmətlə yanaş, onu olduğu kimi qəbul et, heç kimlə müqayisə etmə. Əlbəttə, bu göründüyü qədər də asan olmayacaq. Lətifədən uzaq olan bir söhbətin sonunda qəhqəhə çəkib gülmə. Etik qaydalara zidd olan hərəkətləri etməkdən əl çək. Bundansa onun yeni qalstukunu çox bəyəndiyini, ona gözəl yaraşdığını de.

Qəlbinin dərinliklərində hər bir kişi həyat yoldaşı üçün qəhrəman, şahzadə və uğurları ilə parlayan insan olmaq istəyir. Özünü belə hiss etməsi üçün ona sənin təriflərin, inamın və hörmətin lazımdır. Əgər o, buna inansa, sənin üçün dağları belə yarmağa hazır olacaq.

… Sevgi və qayğı

Yəni: Kişilər emosiyalarını gizlədirlər. Onlar zəifliklərini göstərmir, depressiyaya düşdüklərini etiraf etməkdən çəkinirlər. Bu zaman onlar əsəbi ayı kimi olurlar. Münasibətlərdə hər iki tərəf bir-birindən mehribançılıq, diqqət, nəvaziş, sevgi, sədaqət və maraq gözləyir. Kişilərin bir arzusu var: qadınlar onların hər istəyini təxmin etsin. Bu yerdə deyəcəksən: axı mən öncəgörücü deyiləm. Əsas da odur ki, bütün bunları hər iki tərəf təkcə yataqda yox, həyatda da tələb edir.

Məsləhət: Sən onunla qarşılaşdın, o, artıq sənindir. Amma sevgilin üçün bu kifayət deyil. Kişilər üçün sevginin əsl göstəricisi nəvazişlərdir. Hətta bu vaxt o «sən - həyatımın kişisisən» sözünü belə eşitmək istəyir. O, ən arzulanan, ən güclü və ən yaraşıqlı olduğunu bilməkdən zövq alır. Qadınlar da kişilər qədər münasibətdə sevgi, diqqət tələb edirlər. Əgər sən onu istəyirsənsə, demək ona dəyər verirsən. Əgər o, sübut istəyirsə, bunu əməllərinlə göstər.
Əgər sən onu həqiqətən də sevirsənsə, onda nəvaziş, gerçək sevgi, qayğı göstərmək o qədər də çətin olmayacaq. Əsas odur ki, onu içdən və həqiqətən edəsən.

İnan ki, razı salınmış kişi, sizin bütün hisslərinizin həqiqi olduğuna inanacaq. Bundan sonra o, sənin üçün hər şey etməyə hazırdır.

… Rahatlıq

Yəni: Kişilər qadın "korrektəsi" olmadan hər bir işi görməyə hazırdırlar. O, hər işdən gələndə evdə rahatlıq axtarır: səliqəyə salınmış ev, mətbəxdən gələn ləzzətli qoxular, kənarda sakitcə oynayan uşaqlar, evdəki sakitlik və rahatlıq ab-havası… Hansı kişi bunu arzulamır ki? Ağır iş günündən sonra kişinin qayıdacağı mühit onun üçün çox vacibdir. Çünki o, sabahkı iş gününə güc toplamalıdır. Sənin deyinməyin, hər şeyə qarışmağın kişini evdən uzaqlaşdıracaq. Əgər onun etdiyi hərəkətlər, gördüyü işlər, oturub-durduğu dostları sənin xoşuna gəlmirsə, qətiyyən bunu açıq-aşkar demə.  

Məsləhət: Çalışan qadın olmağına baxmayaraq, ev işlərini təxirə salma. Unutma ki, qadın evdə ailənin qoruyucusu, rahatlığın mənbəyidir. Ən azından bu, onun düşüncələrində belədir. Çünki o, hər zaman ailəsinin yanındadır. Ailəsi üçün əlindən gələni edir. Bunun üçün ona minnətdar olmalısan. Kişi heç nədən şübhə etmədən sənin sevginə inanır. Onun üçün evdə rahatlıq atmosferi yaratsan sənə həmişə minnətdar olacaq.

Nəticədə isə sən sakit, hər şeydən razı, tox, sənin hər dediklərinlə razılaşacaq həyat yoldaşı ilə qarşılaşacaqsan. Hətta bundan sonra o, sənin anana da tab gətirib, onun gəlib, düz bir həftə belə sizdə qalmasına göz yumacaq. Əgər evə qayıtmaq ona xoşdursa, o işdə daha çox vaxt keçirtməkdənsə, sənin yanına tez qayıtmaq üçün dəqiqələri sayacaq. Başqa yerdə rahatlıq axtarmaqdansa, sənin yanında olmağı arzulayacaq.

… Sadəcə, yanında ol

Yəni: «Hər bir bacarıqlı kişinin arxasında ağıllı qadın durur». Yəqin ki, bu məsəli eşitməyən yoxdur. Həm də kişilər qadının onun yanında olduğunu biləndə daha şən, uğurlu olurlar. Yəni hər an onun yanında olmağını arzulayırlar: birlikdə yuxudan oyanın, nahar edin, qonaqlığa gedin. Amma bu, o demək deyil ki, yalnız onun xoş günündə yanında olmalısan. Çətinliklərini onunla bölüş. Əhvalı olmayanda onu şənləndirməyə çalış.

Məsləhət: Necə etməli? Bunun üçün onun yanında olmağın kifayətdir. Amma bu o demək deyil ki, onu öz əhatənə bağlamalısan. Əhvalı olmayanda problemi ilə maraqlan. Belə etsən o, məsləhət üçün sənə üz tutacaq. Onunla hər yerə getməyə hazır olduğunu sübut et: istəyəndə onunla birlikdə futbol izlə, onun anasıgilə qonaq get. Həyat yoldaşının dostlarını evdə xoşüzlə qarşıla. Sevdiyin insan onun bütün maraqlarını və hobbisini bölüşdüyünü görməlidir. O, inanmalıdır ki, pulqabısının böyüklüyünə və kiçikliyinə baxmayaraq, onun sosial durumuna fikir vermədən, hər zaman yanında olacaqsan.

«Moskva göz yaşlarına inanmır» filminin qəhrəmanının bir sözü həmişə işlədilir: «General olmaq üçün leytenanta ərə getmək lazımdır». Əgər o, sənin sevginə əmindirsə, bütün istəklərini reallaşdırmağa çalışacaq.

Şərh: Bütün bunlara baxmayaraq, sevgilinin nə istədiyini hələ də anlamırsansa və ondan ayrılmaq istəyirsənsə, demək, o sənin xəyallarının kişisi deyil. Bu halda onu rahat buraxıb, həqiqətən də sevə biləcəyin birini tapmalısan. O şəxsi ki, ona utanmadan «əzizim, sən hamıdan yaxşısan» deyə biləsən...

Dünya psixoloqlarının rəyinə əsasən:

Sözlərə, gözlərə, səslərə görə…

Əgər siz yenicə tanış olmusunuzsa, kişinin səndən dəqiq nə istədiyini necə anlamalı? Əlbəttə, bunu açıq-aşkar soruşmaq olar. Amma cavabın həqiqi olduğuna heç kim zəmanət verə bilməz. Amma onun fikrinin həqiqətən də nə olduğunu yalnız onun hərəkətləri göstərə bilər.

Əgər sən həqiqətən də onun xoşuna gəlirsənsə, o, dayanmadan bu hərəkətləri edəcək:

¨ Söhbət zamanı göz bəbəkləri böyüyür, qaşları qalxır.
¨ Səni görəndə üst-başını düzəltməyə başlayır.
¨ Söhbət zamanı tez-tez öz üzünə toxunur.
¨ Əlini belinə və ya böyrünə qoyub dayanır.
¨ Əlini sənin çiyninə qoyur (və ya əllərindən tutur). Masadakı stəkanla oynamağa başlayır.

Maraqlıdır:

Kişilər səfeh qadınları heç sevmirlər. Ən əsası isə bu tip qadınlarla həyatlarını birləşdirməyi ağıllarına belə gətirmirlər. Amma hər zaman danışmaq üçün ortaq mövzuları olan əsl xanımla ömürlərinin sonuna kimi bir yerdə olmağı xoşlayırlar. Amma burada da bəzi nüanslar var: kişilər candərdi söhbəti, tez hiss edir. Ona görə də kişi danışan zaman qadın daha çox susmalı, ona maraqla qulaq asmalıdır. Beləcə, o, səni həqiqətən də maraqlı tərəfmüqabili biləcək. Kişilər sızıntını və darıxdırıcılığı heç sevmirlər. Onun qəlbini qırmaqdan, mənasız problemlərinlə onu bezdirməkdən uzaq ol. Bunun üçün anan və rəfiqən var.

Bəzi nüanslar var ki, kişilər bunları qətiyyən qəbul etmirlər:

¨ Günahlandırma və danlama.
¨ Onun azadlığını əlindən almağa çalışma.
¨ Onunla rəqiblik etmə.
¨ Bəzi məsələlərdə ondan istifadə etmə.
¨ Kişinin qarşısına məqsəd (və ya onu seçim qarşısında) qoymaq.
¨ Onun anası ilə rəqiblik etmək.

Bunlar adidir? Ola bilsin. Amma həqiqi və işəyarıyandılar.