Xalid üçün xoş gün

Xalid üçün xoş gün
2790 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Əbdül Xalidin ad günüdür.

Axşam.az-ın məlumatına görə, 30 yaşını qeyd edən sənətçi bu münasibətlə qonaqlıq keçirəcək.

Təəssüratlarını bölüşən ifaçı ilk təbriki dostlarından aldığını vurğulayıb:

“Məni ilk təbrik edən dostlarım – müğənni Rəhim Rəhimli, aparıcı Zaur Nəbioğlu, rejissor Aynurə Səmədova oldu. Gecə mənə sürpriz etdilər. 30 yaşıma qədər ad günümü təmtəraqlı keçirməmişəm. Dostlarımın təkidi ilə və yubileyim olduğu üçün bu dəfə qeyd etməyi qərarlaşdırdım. Ad günündə hərənin bir arzusu olur. Mən də avtomobil istəyirəm. Çünki ehtiyacım olub deyə, maşınımı satmışam”.

Qeyd edək ki, Ə.Xalid 2013-cü ildə Nigar adlı xanımla ailə qurub. Cütlüyün Mədinə adlı bir qızı var.