Əməkdar artist mükafatlandırılıb

Əməkdar artist mükafatlandırılıb
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Rahib Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Axşam.az-ın məlumatına görə, nazirlikdən AzərTac-a bildirilib ki, teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb.

R.Əliyev qırx ildən artıq dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla təltif olunub. O, teatr sənətimizin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə respublikanın əməkdar artisti fəxri adına, 2014-cü ildə isə Prezident mükafatına layiq görülüb.