"Kuzey Güney"in ulduzu evliliyini xilas etdi

"Kuzey Güney"in ulduzu evliliyini xilas etdi
4099 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Bade İşçil və iş adamı Tarkan Süalp cütlüyü boşanmaqdan vaz keçib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İşçil keçən ay ağır psixoloji təzyiqə məruz qalması haqqında açdığı məhkəmədən imtina edib.

Evliliyində problemlər yaşayan aktrisanın vəkilinin verdiyi şikayət ərizəsində belə yazılıbmış:

"Həyat yoldaşı hər dəfə əsəbiləşəndə fiziki təzyiq göstərir. Bade hər şeyin düzələcəyinə ümid edərək indiyə qədər susub. Ancaq qorxu və narahatlıq getdikcə daha da kəskinləşib. Tarkan hətta 8 aylıq uşaqlarının yanında da fiziki təzyiq göstərməkdən çəkinmir. O, aktrisanın ana olduğu gün doğum evinə gedib. Orada uşağın ana ilə olan bağlılığını qoparmaq üçün uşağın göbəyini özü kəsmək istəyərək böyük problem yaradıb".

Süalp isə bütün bunları təkzib etmişdi. O, evliliyini xilas etmək üçün hər şeyə hazır olduğunu bildirib. Bundan sonra aktrisa şikayətini geri götürüb.

Qeyd edək ki, "Kuzey Güney" serialındakı rolu ilə məşhurlaşıb.