Leyla Əliyevanın ad günüdür

Leyla Əliyevanın ad günüdür
4701 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, L.Əliyeva 3 iyul, 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.

2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Baku" jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub.

O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

O, 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

2006-cı il aprelin 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. Cütlük bu ilin mayında boşandıqlarını elan edib. Onların 6 yaşlı Əli və Mikayıl adlı əkiz oğulları var.