Rza Zərrab 5 ilədək həbs oluna bilər

Rza Zərrab 5 ilədək həbs oluna bilər
3329 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın müğənni həyat yoldaşı Ebru Gündeşə 2011-ci ildə ad günü hədiyyəsi olaraq aldığı tarixi binalarla bağlı qərar çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin binalara əlavə olaraq tikilmiş mərtəbə və lift sökülərək köhnə vəziyyətinə qaytarılacaq.

Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər olaraq siyahıya salınan binalarda ötən il restavrasiya işlərinə başlanılıb. Bərpa işlərindən sonra tarixi evlərin görünüşündə əhəmiyyətli dəyişikliklər baş verib.

Hündürlüyü dəyişdirilmədən 3 mərtəbədən 4 mərtəbəyədək ucaldılan evlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Rza Zərraba qarşı iddia ərizəsi ilə çıxış edilərsə, iş adamını 5 ilədək həbs də gözləyir. Aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib.

Tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.