Günay: "Onu soruşub kefimi pozmayın"

Günay: "Onu soruşub kefimi pozmayın"
8070 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ölkəmizi bu il “Eurovision”da təmsil edən, “O səs Türkiyə”nin qalibi Elnur Hüseynovla birlikdə İstanbulun Cihangir səmtindəki kafedə obyektivlərə tuş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Türkiyə vətəndaşlığını qəbul edən model çox xoşbəxt olduğunu deyib.

Günay boşanma ərəfəsində olduğu aktyor həyat yoldaşı Tolqa Karellə bağlı suallara isə “Xahiş edirəm, onu soruşub kefimi pozmayın” cavabını verib.