Elnurla sərxoş olan model həbs oluna bilər

Elnurla sərxoş olan model həbs oluna bilər
4731 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış model Sənəm Kuyucuoğlu haqqında dələduzluq iddiası ilə məhkəmə prosesi başlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda narkotik asılılığından xilas olan model, dostu Mərt Ortaçla birlikdə başqasına məxsus kredit kartları ilə Türk Hava Yollarından biletlər alıb.
 
Bakırköy 50-ci Asliye Cəza Məhkəməsində başlayan prosesə Sənəmlə dostu qatılmayıb. Onların saxlanılması haqda qərar çıxarılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Sənəmlə azərbaycanlı müğənni Elnur Hüseynov sərxoş vəziyyətdə İstanbulda barların birindən çıxarkən obyektivlərə tuş gəlmişdi.