Məşhur model sudan libas geyindi – video + fotolar

Məşhur model sudan libas geyindi – video + fotolar
4161 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı super model və aktrisa Kelli Bruk qeyri-adi fotosessiyada iştirak edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model “HTC” marka telefonun “One M9” modelinin qızılı rənginin tanıtımı üçün obyektiv qarşısına keçib. Kelli öz libası ilə diqqət çəkib.

Belə ki, mayedən hazırlanmış libasdan ötrü 440 litr sudan istifadə edilib. 35 yaşlı model “The seven year itch” (“Yeddinci ilin həvəsi”) filmindəki Merilin Monronun məşhur “ətəkqalxma” səhnəsini canlandırıb.