2 yaşında İnstaqram fenomeni oldular - fotolar

2 yaşında İnstaqram fenomeni oldular - fotolar
3888 dəfə oxunub
  • A-
  • A
  • A+
Kaliforniyada yaşayan 2 yaşlı iki qız İnstaqramın yeni fenomeninə çevriliblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Everlay Soutas və Ava Foley adlı qızların 100 mindən çox izləyicisi var. Bunun səbəbi isə körpələrin 2 yaşında moda ikonuna çevrilməsidir.

Qızların anaları 10 ildən çoxdur ki, rəfiqəlik edirlər. Everlayın anası Savabbah fotoqrafdır. O, uşaqların şəkillərini çəkərək sosial şəbəkədə yerləşdirir.

Soutasla Foleyin şöhrəti artdıqca onlara da məşhur jurnalların marağı yaranıb. Belə ki, “Vogue”nin Avstraliya nəşri Everlayla ilə Ava haqqında reportaj hazırlayıb.

Uşaqlara hər gün dünyanın müxtəlif yerlərindən oyuncaqlar, libaslar və aksesuarlar göndərilir.

Balaca rəfiqələr birlikdə vaxt keçirməkdən zövq almaqla yanaşı, gimnastika və rəqs dərslərinə də bərabər gedirlər.