Rəqsanə Samir Bağırovla bir araya gəldi - fotolar

Rəqsanə Samir Bağırovla bir araya gəldi - fotolar
8192 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Bağırov və Rəqsanə İsmayılova bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, uzun müddətdir gündəmdən uzaqlaşan S.Bağırov həmkarı ilə işbirliyinə başlayacağı ilə bağlı xəbər verib:

“Hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim ifaçı Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. Yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Rəqsanəyə və özümə uğurlar arzulayıram”.

R.İsmayılova S.Bağırovla hazırladıqları yeni layihə haqqında çox danışmaq istəmədiyini vurğulayıb:

"Tamaşaçılara sürpriz olsun. Artıq hazırlıqlar başlayıb. Samirlə birgə çox maraqlı layihə edəcəyik".