Roza Zərgərli bunu "Bakı 2015"in qaliblərinə həsr edib - fotolar

Roza Zərgərli bunu "Bakı 2015"in qaliblərinə həsr edib -  fotolar
4828 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli Azərbaycan bölgələrinə turneyə çıxıb.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəzən rayonunda olub:

“Nəhayət, yay mövsümündəki konsertlərimə start verdim. “Bakı vaxtı ilə hər bir obada” adlı konsertin dəstəkçisi “Ben prodakşn”dır. Siyəzəndəki tədbirimiz möhtəşəm keçdi. Bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub. Siyəzən konserti bürünc mükafat qazanan Niyazi Əliyevə həsr edilib”.

Aparıcılığı Zabir Əliyevin etdiyi gecədə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edib.