"Evlənmək istəyirəm, amma..." - Samir

"Evlənmək istəyirəm, amma..." -  Samir
5298 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Samir Bayramlı evlənmək istəyir.

Bu haqda aparıcı Axşam.az-a açıqlamasında danışıb:

“Evlənmək istəyirəm, amma namizədim yoxdur. Bizdə valideynlər şəxsi həyata qarışmırlar. "Kiminlə, nə vaxt istəsən evlən" deyirlər. Mənim qardaşım 18 yaşında ailə qurub. Ailə qurmaq işlərinə qismət kimi baxıram. Nə vaxt qismət olsa, onda da evlənəcəm".

S.Bayramlı toyunu mediaya qapalı edən həmkarlarına da etiraz edib:

"Tanınmış bir insanın toyunu mediaya qapalı etməsi məntiqsizdir. Mən aparıcıyam, ətrafımdakılar şou-biznes nümayəndələridir. Toyuma da onlar gələcək. Hamısı da foto çəkdirib, sosial şəbəkədə paylaşacaqlar. Kiməsə deyə bilməzsən ki, bəy-gəlinlə foto çəkdirməyin. Jurnalist evdə rahat oturub, sosial şəbəkədən foto götürüb xəbər hazırlaya bilər”.

S.Bayramlı aparıcılıq fəaliyyətindən də söz açıb:

“Tanınmış simayam. Tək fəaliyyətim efirə çıxmaq deyil. Tədbirlər də aparıram. “Toydan əvvəl” verilişim maraqlı oldu. 3 ay davam etdi və bəyənildi. Yeni mövsümə də planlarım var. Mən daha çox agentliklərdən dəvətlər gözləyirəm. Kimsə layihəni hazırlasın, məni də aparıcı kimi dəvət etsin".

Foto: Ramin ASLANOV