Almaz Ələsgərlinin qızlarına nəsihəti

Almaz Ələsgərlinin qızlarına nəsihəti
3957 dəfə oxunub
  • A-
  • A
  • A+
“Biz sənət adamları qohumlarla az görüşürük. Həmişə çalışıram onları tez-tez ziyarət edim. Mehribançılıq gözəldir. Qızlarıma da nəsihət verirəm ki, bir-birini çox istəsinlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Almaz Ələsgərli “Hər şey daxil” verilişinə qonaq olarkən deyib:

“Evdə mehribançılığı valideyn yaratmalıdır. Uşaq ailədə necə görsə, o cür də davam edəcək. Böyük qızım Mədinə İsveçrədədir. Bu yaxınlarda balaca qızım onun yanına getdi, 3 həftə qalıb qayıtdı. Mədinə zəng edib, bikef danışırdı. Deyir, “Əminə gedib, darıxıram”. Övladım kefsiz olanda günlərlə yuxu yatmıram. Amma onların bu cür mehribançılığını görəndə çox sevinirəm. Çalışıram ki, balalarım mehriban olsun. Onda bu həyatdan rahat köçərəm".