Muradın toyuna həsr olunmuş klip təqdim edildi – video

Muradın toyuna həsr olunmuş klip təqdim edildi – video
2989 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Follow me” (“Məni izlə”) layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Nataliya Zaharova ilə birlikdə İstanbulda toy hazırlığında olarkən lentə alınmış klip təqdim olunub.

Axşam.az xəbər verir ki, ekran işi cütlüyün layihəsinə uyğun olaraq “Follow me” adlanır. Mahnını müğənni Ziynət Sali ilə toyun təşkilatçısı, azərbaycanlı modelyer-aktrisa Gülsara ifa ediblər. Klip İstanbulun tarixi məkanlarında lentə alınıb. Ekran işinin rejissoru Nihad Odabaşıdır.

Qeyd edək ki, Muradla Nataliya bütün dünyanı gəzərək xüsusi üslubda fotolar çəkdirir və İnstaqram səhifələrində #FollowMeTo haştaqı ilə paylaşırlar. İzləyicilər tərəfindən çox bəyənilən şəkillər 200 mindən artıq “like” toplayır. Cütlüyün toyu ötən ay baş tutub.