Qadın dilənçi bildiyi adama yemək verdi, amma... - fotolar

Qadın dilənçi bildiyi adama yemək verdi, amma... - fotolar
22503 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-York şəhərində gəzərkən evsiz bir insana pitsa verən fransız Karin Qombo özü də bilmədən məşhurlaşıb.

Axşam.az-ın xarici KİV-ə isinadən məlumatına görə, qadının evsiz, dilənçi və bomj zənn etdiyi adam Hollivudun məşhur aktyoru Riçard Gir olub.

Karin deyib ki, 15 yaşlı oğluyla gəzinti zamanı zibil qabında eşələnən kişini görərək ona yaxınlaşıb:

"Əlimdəki torbanı ona uzatdım. Məndən içində nə olduğunu soruşdu. Yarı fransız, yarı ingiliscə dedim ki, "pitsadır, amma soyuq olduğu üçün üzr istəyirəm". O da cavabında təşəkkür edib "Allah sizi qorusun" dedi".

Lakin fransız qadın iki gün sonra öz fotosunu qəzetdə görür. Məlum olub ki, o, təsadüfən R.Girin iştirak etdiyi filmin çəkiliş meydançasına daxil olub və aktyor rolunu oynayarkən qadın onun evsiz biri olduğunu zənn edib. 

Çəkilişə mane olsa da, yaradıcı heyət qadının bu hərəkətinin qarşısını almayıblar. Onlar səmimi və xeyirxah bir insanın əməlinə mane olmaq istəmədiklərini deyiblər.