Qəhvənin faydaları

Qəhvənin faydaları
1442 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Oklaxoma Universiteti alimlərinin yeni tədqiqatı sübuta yetirib ki, idman zalına getməmişdən əvvəl qəhvə içmək fiziki iş qabiliyyətini artırır və ayaq əzələləri daha da güclü edir. 

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, tədqiqat zamanı iştirakçılar əvvəl 2-3 fincan qəhvə içirdilər, sonra isə ayaq və qol üçün siklik hərəkətlər edirdilər. Tədqiqatçılar müəyyən ediblər ki, kofein ayaq əzələlərinin işini yaxşılaşdırır, bir sıra hərəkətlərdən sonra ayaq və qollarda ağrı hissini azaldır, lakin qollar üçün heç bir effekti yoxdur.

Qeyd edək ki, qəhvə çəkini azalmasında kömək edir. Kofeinin stimullaşdıran təsiri artıq kiloqramlardan xilas olmağa kömək edir. Kallori "yandırmaq" üçün bir fincan qəhvə adi aerobika məşğələlərindən səmərəlidir. Pəhriz və idman zamanı qəhvə orqanizmi enerji alması üçün karbohidratlar yox, piy hüceyrələrindən istifadə etməyə məcbur edir.